İspaniyanın “Real Madrid” futbol komandası əsas qapıçısı Tibo Kurtuanın yerinə yeni namizədləri müəyyənləşdirməyə başlayıb. Madrid təmsilçisi gələcək planlarında qapı xəttini gənc və perspektivli oyunçulara tapşırmaq niyyətindədir.
İdman.Biz xəbər verir ki, “kral klubu”nun maraq dairəsində dörd qapıçı yer alıb. Namizədlər arasında Mayk Menyan (İtaliyanın “Milan” futbol komandası), Bart Verbryuggen (İngiltərənin “Brayton” futbol komandası), Dioqu Koşta (Portuqaliyanın “Portu” futbol komandası) və Qreqor Kobel (Almaniyanın “Borussiya Dortmund” futbol komandası) var.
Hazırda Tibo Kurtuanın Madrid təmsilçisi ilə qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Klub rəhbərliyi müqavilə müddətinin bitməsini gözləmədən potensial varislərlə bağlı ilkin araşdırmalara başlayıb.
