Azərbaycanın minifutbol yığması “Millətlər Liqası” turnirinin qalibi olub - FOTO

5 May 2026 19:29
143
Azərbaycanın minifutbol yığması “Millətlər Liqası” turnirinin qalibi olub

Azərbaycanın minifutbol millisi Monteneqroda keçirilən “Millətlər Liqası” turnirinin qalibi olub.

İdman.Biz-in Azərbaycan Minifutbol Federasiyasına istinadən verdiyi məlumata görə, komanda Qazaxıstan və Monteneqro millilərinin iştirakı ilə keçirilən yarışda birinci olub.

Yığma üzvlərindən Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, İsa Atayev isə ən məhsuldar futbolçusu seçilib

İdman.Biz