Mbappenin “Real”ın məşqçilər heyətinin üzvü ilə münaqişəsinin təfərrüatları açıqlanıb

5 May 2026 21:19
133
Mbappenin “Real”ın məşqçilər heyətinin üzvü ilə münaqişəsinin təfərrüatları açıqlanıb

“Real Madrid”in hücumçusu Kilian Mbappe aprelin 24-də “Betis”lə 1:1 hesablı heç-heçəylə bitən oyuna getməzdən əvvəl komandanın məşqçilər heyətinin üzvü ilə münaqişə yaşayıb.

İdman.Biz bu barədə “The Athletic”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, fransız hücumçu məşq zamanı “Los Blancos”un məşqçilər heyətinin üzvü ilə mübahisə edib. Mbappe məşq matçında onda ofsayd qeydə aldığına görə heyət üzvünə “qəzəbli və təhqiramiz” şəkildə müraciət edib.

Bu mövsüm Mbappe bütün yarışlarda 41 oyunda meydana çıxıb, 41 qol vurub və altı məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 200 milyon avrodur.

İdman.Biz