“Nyukasl”ın yarımmüdafiəçisi Mayli mövsümün qalan hissəsini buraxacaq

5 May 2026 21:48
143
“Nyukasl”ın yarımmüdafiəçisi Mayli mövsümün qalan hissəsini buraxacaq

“Nyukasl Yunayted”in yarımmüdafiəçisi Lyuis Mayli zədə səbəbindən komandanın mövsümün son oyunlarını buraxacaq.

İdman.Biz bildirir ki, klub bu barədə sosial mediada məlumat verib.

Çərşənbə axşamı məşq zamanı fibula sümüyünün sınığı səbəbindən yarımmüdafiəçi “Nottingem Forest” (10 mayda səfərdə), “Vest Hem Yunayted” (17 mayda evdə) və “Fulhem” (24 mayda səfərdə) ilə oyunları buraxacaq. Mayli çərşənbə günü tibbi müayinədən keçəcək və bundan sonra mütəxəssislərin rəhbərliyi altında sağalma prosesinə başlayacaq.

Bu mövsüm 34 matçda Luis Mayli üç qol vurub və dörd məhsuldar ötürmə edib.

İdman.Biz