Xviça “Qızıl top”a namizədliyindən danışdı: “Böyük futbol ölkələrinin bunu anlaması çətindir”

24 Sentyabr 2026 01:52
76
Xviça “Qızıl top”a namizədliyindən danışdı: “Böyük futbol ölkələrinin bunu anlaması çətindir”

PSJ-nin və Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya “Qızıl top” uğrunda mübarizədə potensial qələbəsinin bütün Gürcüstan futbolu üçün tarixi əhəmiyyət daşıyacağını bildirib.

İdman.Biz “The Touchline”yə istinadən xəbər verir ki, futbolçu böyük futbol ölkələrinin Gürcüstan kimi kiçik bir ölkə üçün bu uğurun nə demək olduğunu anlamasının çətin olduğunu deyib.

“Düşünürəm ki, böyük futbol ölkələrinin Gürcüstan kimi kiçik bir ölkə üçün bunun nə demək olduğunu anlaması çətindir. Bu, çox uzaq, demək olar ki, mümkünsüz görünür. Belə inanılmaz oyunçularla birlikdə namizədlərdən biri olduğum üçün çox qürur duyuram.

Əlbəttə, [qələbə qazanacağım təqdirdə] dünyada ən xoşbəxt insan mən olardım. Ailəmi və ölkəmi qürurlandırmaq istəyirəm. Həmişə deyirəm ki, Allah necə məsləhət bilsə, elə də olacaq. Mən sadəcə işləməyə və məşq etməyə davam edəcəyəm. Görək nə olacaq”, – deyə Kvaratsxeliya bildirib.

“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

İdman.Biz