Boliviya Kuboku çərçivəsində keçirilən “Vilstermann Kooperativas” – “Atletiko İndependyente” matçı qeyri-adi sonluqla başa çatıb – 2:3.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın dördüncü əlavə olunmuş dəqiqəsində baş hakim Karlos Arteaqa “Vilstermann Kooperativas”ın qapısına penalti təyin edib. Bu qərar uzunmüddətli etirazlara səbəb olub və bu səbəbdən zərbə yalnız təxminən 20 dəqiqə sonra yerinə yetirilib.
Topun arxasına Ernesto Adiri keçsə də, qapıçı Qustavo Tesonnote zərbəni dəf etməyə cəhd göstərməkdən imtina edib. “Atletiko İndependyente”nin futbolçusu penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.
Görüşdən sonra hakim Arteaqa qeyri-müəyyən müddətə hakimlikdən uzaqlaşdırılıb.
