La Liqada sentyabrın ən yaxşı məşqçisi adına namizədlər açıqlanıb

24 Sentyabr 2026 00:34
55
La Liqada sentyabrın ən yaxşı məşqçisi adına namizədlər açıqlanıb

İspaniya La Liqası sentyabr ayının ən yaxşı məşqçisi adına namizədləri açıqlayıb.

İdman.Biz xəbər verir ki, mükafat uğrunda “Barselona”nın baş məşqçisi Hans-Diter Flik, “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone və “Betis”in baş məşqçisi Manuel Pelleqrini mübarizə aparır.

Məşqçilərin sentyabr ayındakı statistikası belədir:

Hans-Diter Flik – 4 oyun, 4 qələbə, top fərqi 19:5;

Dieqo Simeone – 4 oyun, 3 qələbə, 1 məğlubiyyət, top fərqi 9:4;

Manuel Pelleqrini – 4 oyun, 3 qələbə, 1 heç-heçə, top fərqi 5:2.

Qalib azarkeşlər və ekspertlər arasında keçiriləcək səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, yeddi turdan sonra “Barselona” 21 xalla turnir cədvəlinə başçılıq edir. “Atletiko” və “Betis” isə hərəyə 16 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıb.

İdman.Biz