Van Deyk: “Xaviyə məni inandırmaq üçün 10 saniyə kifayət etdi”

24 Sentyabr 2026 01:31
78
Van Deyk: “Xaviyə məni inandırmaq üçün 10 saniyə kifayət etdi”

“Liverpul”un kapitanı Vircil van Deyk Niderland millisinin yeni baş məşqçisi Xavi ilə görüşündən sonra beynəlxalq karyerasını başa vurmamaq qərarına gəlib.

İdman.Biz “The Sun”a istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi DÇ-2026-da Niderlandın 1/16 finalda penaltilər seriyasında Mərakeşə məğlub olmasından sonra ailəsi ilə istirahət zamanı gələcəyi barədə düşünmək üçün vaxt götürüb.

“Ailəmlə birlikdə layiq olduğum istirahətə və sonra milli komandanın məşqçisi ilə vacib görüşə ehtiyacım var idi. Cəmi 10 saniyədən sonra davam edə biləcəyimi artıq bilirdim. Bu, sadəcə çox yaxşı bir görüş oldu.

Fiziki baxımdan heç bir şübhəm yoxdur, lakin mən həm də zövq almağa davam etmək və qəbul edildiyimi hiss etmək istəyirəm - bu isə dəqiq var. Bu, mental və fiziki amillərin sintezidir. Hər gün əlindən gələni edirsən: bərpa prosesi, yuxu, düzgün qidalanma, doğru mühit”, – deyə van Deyk bildirib.

İdman.Biz