Bolqarıstanın paytaxtı Sofiyada keçirilən böyüklər arasında Avropa çempionatında Azərbaycan millisinin dörd üzvü bu gün 1/4 final döyüşünə çıxacaq.
İdman.Biz xəbər verir ki, gündüz sessiyasında 55 kq çəki dərəcəsində Amin Məmmədzadə mübarizə aparacaq. O, B rinqunda yeddinci döyüşdə fransalı Billal Bennama ilə qarşılaşacaq. Sessiya Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Axşam sessiyasında isə daha üç Azərbaycan boksçusu rinqə çıxacaq. Saat 19:00-da başlayacaq proqramda 50 kq-da Sübhan Mamedov səkkizinci döyüşdə macarıstanlı İştvan Szaka ilə üz-üzə gələcək.
65 kq çəki dərəcəsində Malik Həsənov 10-cu döyüşdə ukraynalı Elvin Əliyevlə qarşılaşacaq.
+90 kq-da Məhəmməd Abdullayev isə 12-ci döyüşdə norveçli Omar Şiha ilə yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq.
