Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib

Xəbərlər
25 Yanvar 2024 15:42
149
Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib

Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti bəlli olub.

İdman.biz xəbər verir ki, bu vəzifəyə Ukrayna futbolunun əfsanəsi Andrey Şevçenko seçilib.

Milli komanda, Kiyev “Dinamo”su, “Milan” və “Çelsi”nin sabiq futbolçusu qurumun Növbədənkənar Konqresindəki seçkilərdə yeganə namizəd olub. 47 yaşlı funksioner 93 səs toplayıb.

Yalnız bir nəfər bitərəf qalıb. Bu da Şevçenkonun özü olub.

O, assosiasiyanın boş qalan prezidenti postunu tutub. Qurumun əvvəlki rəhbəri Andrey Pavelko 2022-ci ilin noyabrında vəsaitlərdən məqsədyönlü istifadə etməməsi üçün həbs olunub.

Qeyd edək ki, ukraynalı əfsanə 2016-21-ci illərdə ölkəsinin millisini, 2021-22-ci illərdə “Cenoa”nı çalışdırıb.

İdman.biz