“Çelsi” 2000-ci illərdə ölkədaxili kuboklarda 18-ci dəfə finala yüksəlib

Xəbərlər
24 Yanvar 2024 10:48
150
“Çelsi” 2000-ci illərdə ölkədaxili kuboklarda 18-ci dəfə finala yüksəlib

“Çelsi” 2000-ci illərdə 18-ci dəfə İngiltərə miqyaslı turnirlərin finalına yüksəlib.

İdman.biz xəbər verir ki, London klubu bu dəfə Liqa kubokunda həlledici matça vəsiqə qazanıb.

“Midlsbro” ilə ilk görüşdə 0:1 hesabı ilə uduzan London təmsilçisi cavab oyununda rəqibini darmadağın edib – 6:1. “Çelsi” İngiltərə kuboku və Liqa kubokunun finalına vəsiqə sayında 2000-ci illərin rekordçusudur. Bu müddətdə “Mançester Yunayted” 12, “Arsenal” 11 dəfə yarımfinal səddini adlayıb.

İştirak etdiyi 50 kubok turnirində 18 dəfə final oynayan “Çelsi” əvvəlki 17 həlledici matçın 9-da qələbə qazanıb. Paytaxt təmsilçisi ölkə kubokundakı 11 cəhdin altısında – 1999/2000, 2006/07, 2008/09, 2009/10, 2011/12, 2017/18, Liqa kubokunda 6 finalın üçündə - 2004/05, 2006/07 və 2014/15 mövsümlərində titul əldə edib.

Qeyd edək ki, “Çelsi”nin finaldakı rəqibi “Liverpul” – “Fulhem” matçında müəyyənləşəcək.

İdman.biz

Məqalədə: