“Real Madrid”in müdafiəçisi Mark Kukurella Vinisius Junior ilə birlikdə oynamaqla bağlı gözləntilərini bölüşüb.
İdman.Biz-in Marca-ya istinadən verdiyi məlumata görə, ispaniyalı oyunçu “Los Blancos”un aparıcı oyunçularından biri ilə tez bir zamanda ortaq məxrəc tapacağına əmindir.
“Əminəm ki, meydanda ortaq məxrəc tapacağıq. Əgər Vinisius müdafiəyə qayıtmasa, problem deyil. Mən bu sahələri əhatə edəcəyəm və onun etmək istəmədiyi işi öz üzərimə götürəcəyəm. Əsas məsələ onun yorulmaması və nəticə göstərməyə davam etməsidir”, - Kukurelya deyib.
Müdafiəçi bildirib ki, braziliyalı oyunçunun hücum effektivliyini maksimum dərəcədə artıra bilməsi üçün xeyli müdafiə işi görməyə hazırdır.
Kukurelya həmçinin Vinisiusun Madrid klubu üçün əhəmiyyətini qeyd edib.
“Vinisius dəfələrlə sübut edib ki, Çempionlar Liqası matçlarında “Real Madrid”in əsas və ən təsirli oyunçularından biridir”, - deyə oyunçu vurğulayıb.
Xatırladaq ki, 15 iyunda “Real Madrid” Kukurelyanın “Çelsi”dən transferini rəsmi olaraq elan edib. Transfer haqqı 55 milyon avro, üstəgəl bonuslar şəklində əlavə 5 milyon avro idi.
Müdafiəçinin Madrid klubu ilə müqaviləsi 2032-ci ilə qədərdir. “Barselona”nın yetirməsi daha əvvəl 2022-ci ildən “Çelsi”də oynayıb.
