Braziliya futbol millisi DÇ-2026-nın C qrupunda Şotlandiya ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, ABŞ-nin Mayami şəhərindəki “Hard Rok” stadionunda keçirilən görüş braziliyalıların böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Görüşü meksikalı baş hakim Sesar Ramos Palasuelos idarə edib.
Braziliyanın heyətində Vinisius 7 və 48-ci dəqiqədə qol vuraraq dubl edib. Komandanın digər qolunu 60-cı dəqiqədə Mateus Kunya vurub.
Bu nəticədən sonra Braziliya qrup mərhələsini yeddi xalla birinci pillədə başa vurub. Şotlandiya isə üç oyundan sonra üç xalla üçüncü yeri tutub.
DÇ-2026 formatına görə qruplarda ilk iki yeri tutanlar birbaşa pley-offa çıxır, üçüncü olanlardan isə yalnız ən yaxşı səkkiz komanda növbəti mərhələyə vəsiqə qazanır. Braziliya növbəti mərhələdə - 1/16 finalda F qrupunun ikincisi ilə oynayacaq. FIFA cədvəlinə görə bu, 76-cı matçdır və iyunun 29-da Hyustonda keçiriləcək.
F qrupunda Niderland, Yaponiya və İsveç arasında mübarizə davam edir.
Şotlandiyanın pley-offa çıxıb-çıxmayacağı digər qruplardakı üçüncü yerlərin nəticələrindən sonra müəyyənləşəcək.
