Futbol üzrə Mərakeş millisi DÇ-2026-nın qrup mərhələsində növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, C qrupunun üçüncü turunda Haiti ilə qarşılaşan Mərakeş yığması 4:2 hesabı ilə qalib gəlib. Görüş ABŞ-nin Atlanta şəhərindəki “Mercedes-Benz Stedium”da keçirilib.
Mərakeşin heyətində Əşrəf Hakimi (39), İsmayıl Saybari (45+1), Süfyan Rahimi (78) və Cessim Yassin (89) fərqləniblər. Haiti millisinin qollarını Vilson İzidor (43) vurub, digər top isə Mərakeş qapıçısı Yassin Bunudan (10) avtoqol kimi qeydə alınıb.
Hər qrupda ilk iki yeri tutan komandalar, həmçinin üçüncü pillədə qərarlaşan ən yaxşı səkkiz yığma pley-offa yüksəlir.
Bu nəticədən sonra Mərakeş yeddi xalla qrup mərhələsini ikinci pillədə başa vurub və pley-offa vəsiqə qazanıb. Haiti isə üç oyunun hamısında uduzaraq xalsız qalıb və mundialla vidalaşıb.
C qrupunu ikinci bitirdiyi üçün Mərakeş 1/16 finalda F qrupunun qalibi ilə oynayacaq. FIFA-nın pley-off sxeminə görə bu, 75-ci oyundur və matç 29 iyunda Monterreydə keçiriləcək.
F qrupunda Niderland, Yaponiya, İsveç və Tunis var. Qalib qrupun son oyunlarından sonra qalib müəyyənləşəcək.
Qeyd edək ki, Tunis mindialı artıq tərk edib və onun Niderlandla oyunu formal xarakter daşıyır.
