İngiltərə millisinin iki oyunçusu 2026-cı il dünya çempionatı qrup mərhələsinin Panama ilə üçüncü tur matçını buraxa bilər.
İdman.Biz-in BBC-yə istinadən verdiyi məlumata görə, sözügedən oyunçular yarımmüdafiəçi Deklan Rays və müdafiəçi Ris Ceymsdir.
Mənbənin məlumatına görə, hər iki oyunçu Qana ilə 0:0 hesablı heç-heçə ilə başa çatan ikinci tur matçından sonra narahatlıq keçirir. Zədələr ciddi hesab olunmasa da, məşqçilər heyəti ehtiyat tədbiri olaraq oyunçulara istirahət verə bilər.
İngiltərə və Panama arasında qrup mərhələsinin son oyunu 28 iyunda keçiriləcək.
İki oyundan sonra İngiltərə dörd xala sahibdir və daha yaxşı əlavə nəticələr sayəsində Qanadan irəlidə qrupda liderlik edir. Xorvatiya üç xalla üçüncüdür.
Ardıcıl iki məğlubiyyət alan Panama artıq dünya çempionatının pley-off mərhələsinə çıxmaq şansını itirib.
