“Qarabağ”ın legionerləri Fransanın dünya çempionu olacağına əmindirlər - VİDEO

25 İyun 2026 00:25
94
“Qarabağ”ın legionerləri Fransanın dünya çempionu olacağına əmindirlər

“Qarabağ” klubunun legionerləri arasında DÇ-2026-ya dair sorğu aparılıb.

İdman.Biz bildirir ki, “CBC Sport”un apardığı sorğuya kolumbiyalı Kamilo Duran və mərakeş əsilli fransalılar Abdullah Zubir və Jali Muaddib maraqlı cavablar veriblər.

Hər üç oyunçu çempionatın qalibi olaraq Fransanı gördüklərini açıqlayıblar.

“Mundialın sürpriz komandası” barədə suala cavablar müxtəlif olub. Duran ABŞ-ın, Zubirlə Muaddib Mərakeşin adını çəkiblər.

Mundialın bombardiri olaraq Duran argentinalı Lionel Messini görür. Zubirin favoriti fransalı Kilian Mbappedır. Muaddib isə ingiltərəli Harri Keynin bombardir olacağın inanır.

Azarkeşliyə gəldikdə isə fubtolçular öz ölkələrinin fanatıdırlar. Belə ki, Duran Kolumbiya və Argentinaya azarkeşlik edir. Zubir Mərakeşi dəstəkləyir. Muaddib də Mərakeşi dəstəkləyir, lakin eyni zamanda Əlcəzair və Fransanın uğurlarına sevinir.

İdman.Biz