B qrupunun üçüncü turunun oyunları başa çatdıqdan sonra DÇ-2026-da çıxışını vaxtından əvvəl başa vuran altıncı iştirakçı müəyyənləşib.
İdman.Biz-in məlumatına görə, son turda Bosniya və Herseqovina ilə qarşılaşan Qətər yığması 1:3 hesabı ilə məğlub olub.
Xulen Lopeteginin komandası cəmi 1 xal toplayaraq qrup mərhələsini sonuncu pillədə başa vurub. Turnirdə İsveçrə ilə heç-heçə edən qətərlilər (1:1), bundan sonra Kanada (1:2) və Bosniya və Herseqovina (1:3) ilə məğlub olublar.
Beləliklə, artıq pley-offa çıxmaq şansını itirmiş komandaların sırasına Qətər də qoşulub. Bundan əvvəl Haiti, Türkiyə, Tunis, İordaniya və Panama dünya çempionatı ilə vidalaşıb.
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və iyulun 19-da başa çatacaq. Hazırki dünya çempionu Argentina millisidir.
