DÇ-2026: CAR tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb - VİDEO

25 İyun 2026 07:21
110
DÇ-2026: CAR tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb - VİDEO

DÇ-2026-nın A qrupunda Cənubi Afrika Respublikası (CAR) və Cənubi Koreya yığmaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, Meksikanın Qvadalupe şəhərindəki “BBVA” stadionunda keçirilən görüş CAR-ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Oyunun taleyini 63-cü dəqiqədə vurulan yeganə qol həll edib. Tхapelo Maseko fərqlənərək Cənubi Afrika Respublikasına vacib qələbə qazandırıb.

Bu nəticədən sonra CAR xallarının sayını dördə çatdırıb və A qrupunda ikinci pilləyə yüksələrək pley-offa vəsiqə qazanıb. Cənubi Koreya isə üç xalla üçüncü pillədə qalıb. Qrupun qalibi doqquz xalla Meksika olub. Çexiya bir xalla sonuncu yeri tutub.

Qeyd edək ki, CAR pley-offun 1/16 final mərhələsində Kanada yığması ilə qarşılaşacaq. Bu cütlük turnirin reqlamentinə əsasən müəyyənləşib: A qrupunu ikinci pillədə başa vuran komanda növbəti mərhələdə B qrupunun ikincisi ilə üz-üzə gəlir. Oyun Bakı vaxtı ilə 28 iyun, saat 23:00-da Los Anceles Stadionunda keçiriləcək.

İdman.Biz