Futbol üzrə DÇ-2026-da A qrupunun üçüncü tur oyununda Meksika və Çexiya yığmaları üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, Mexikodakı “Asteka” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşü argentinalı baş hakim Yael Falkon Peres idarə edib.
Hesab 55-ci dəqiqədə açılıb. Meksika millisinin müdafiəçisi Mateo Çaves Luis Romonun ötürməsindən sonra topu qapıdan keçirib. Cəmi altı dəqiqə sonra Xulian Kinyones fərqi iki topa çatdırıb.
Matçın diqqətçəkən məqamlarından biri 78-ci dəqiqədə yaşanıb. Meksika futbolunun əfsanəvi qapıçısı Qilyermo Oçoa Raul Rangeli əvəzləyərək DÇ-2026-da meydana çıxıb. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə isə Alvaro Fidalqo yekun hesabı müəyyənləşdirib - 3:0.
Bu qələbədən sonra Meksika üç oyunun nəticəsinə əsasən doqqzu xalla A qrupunu birinci pillədə tamamlayıb və pley-offa yüksəlib. Çexiya isə bir xalla qrupda qalaraq turnirlə vidalaşıb.
Meksika 1/16 finalda C, E, F, H və ya I qrupunun üçüncülərindən biri ilə qarşılaşacaq. Rəqib ən yaxşı üçüncü yer sahiblərinin yekun siyahısı müəyyənləşəndən sonra dəqiqləşəcək.
