“İnter”lə Lautaro Martines ortaq məxrəcə gəlib

21 Yanvar 2024 14:32
518
“İnter”lə Lautaro Martines ortaq məxrəcə gəlib

“İnter”lə Lautaro Martines arasında danışıqlar yekunlaşıb.

İdman.biz xəbər verir ki, tərəflər 2028-ci ilədək yeni müqaviləyə imza atacaqlar.

Yeni razılaşmaya görə, argentinalı forvard Milan klubunda ilə 8 milyon avro qazanacaq. Bundan başqa, Lautaro əldə olunan uğurlara görə, bonuslarla mükafatlandırılacaq. 20223/2024 mövsümündə futbolçu komandanın heyətində 26 oyunda meydana çıxıb. O, bu görüşlərdə 20 qol və 5 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Martines 2018-ci ildən “İnter”də çıxış edir. Onun klubla hazırki müqaviləsi 2026-cı ilin yayında bitəcək. Bu müddət iki il artırılacaq.

İdman.biz

Məqalədə: