İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali, “Milan” əfsanəsi Paolo Maldininin komandaya texniki direktor kimi qoşula biləcəyi ilə bağlı xəbərlər fonunda milli komandanın yaxın planları barədə danışıb.
İdman.Biz bildirir ki, İtaliya milli komandası ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib. Bunun ardınca baş məşqçi Cennaro Qattuzo istefa verib. Milli nümayəndə heyətinin rəhbəri Canluici Buffon və İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina da istefa veriblər.
“Əsas məqsəd dünya çempionatına qayıtmaqdır. Ardıcıl üçüncü dəfə onu qaçırmaq çox ağrılıdır. Əgər [Paolo] Maldini milli komandaya qoşulsa, mütləq onunla danışacağam. Onunla yenidən işləmək, bu dəfə “Milan”da birlikdə keçirdiyimiz vaxtdan sonra milli komanda ilə işləmək böyük şərəf olardı. O, böyük çempion və gözəl insandır”, - deyə “Sky Sport” Tonalinin sözlərini sitat gətirib.
