Ten Haq Niderland millisinin baş məşqçisi ola bilər

2 İyul 2026 19:17
70
Ten Haq Niderland millisinin baş məşqçisi ola bilər

“Mançester Yunayted” və “Ayaks”ın keçmiş baş məşqçisi Erik ten Haq Niderland millisinin məşqçi vəzifəsinə namizəd kimi nəzərdən keçirilir.

İdman.Biz bildirir ki, jurnalist Nikolo Şira bu barədə özünün X sosial media səhifəsində məlumat verib.

Mənbə həmçinin vurğulayır ki, “Liverpul”un keçmiş meneceri Arne Slot bu vəzifəyə potensial namizəddir.

1 iyulda Niderland Futbol Assosiasiyası Ronald Kumanın müqaviləsinin sonunda (31 iyul) komandadan ayrılacağını elan edib.

Ten Haqın sonuncu menecer vəzifəsi 2025-ci ilin iyulundan sentyabrına qədər “Bayer Leverkuzen” olub. Bu müddət ərzində Leverkuzen komandası onun rəhbərliyi altında üç rəsmi oyun keçirib.

İdman.Biz