“Barselona” fransız müdafiəçisi Jül Kundeni satmağa hazırdır.
İdman.Biz bu barədə “Diario Sport”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Barselona” Kunde üçün tələb olunan qiyməti 65 milyon avroya endirib. Bu qiymətin 2026-cı il dünya çempionatında Fransa millisində yaxşı çıxış edən oyunçunu izləyən “Çelsi” və “Liverpul” üçün məqbul olduğu bildirilir. Lakin Kunde Kataloniya klubundan ayrılmaq istəmir. Ötən yay o, maliyyə şərtlərini yaxşılaşdırmaqla “Barselona” ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı.
Jül Kunde 2022-ci ildə “Sevilya”dan transfer edildikdən sonra “blauqrana”ya qoşulub. Transfer haqqı 50 milyon avro və 10 milyon avro olub.
