Ferran Torres mütəmadi psixoterapevt qəbulunda olur

18 Avqust 2026 10:00
81
Ferran Torres mütəmadi psixoterapevt qəbulunda olur

İspaniya millisinin və PSJ-nin yeni futbolçusu Ferran Torres mütəmadi olaraq psixoterapevtin yanına getdiyini bildirib.

İdman.Biz xəbər verir ki, futbolçu bu barədə “Vogue” jurnalına müsahibəsində etiraf edib.

“Mənim üçün sakitliyi qorumaq vacibdir. Diqqətin və təzyiqin məni dəyişməsinə imkan vermirəm. Bəli, mən dünya çempionu olmuşam, amma əvvəllər olduğum insan olaraq qalmalıyam. Məşhur olmaq xoşuma gəlir, amma eyni zamanda təmkinli olmağa çalışıram. Özümü təbii aparıram, dostlarımla və yaxınlarımla sıx münasibətlərimi davam etdirirəm. Mənim həmçinin həftədə ən azı bir və ya iki dəfə ünsiyyət saxladığım psixoterapevtim var. Bu, mənim üçün çox vacibdir”, – deyə futbolçu etiraf edib.

Məlum olub ki, həkim futbolçuya 2021-ci ildə “Mançester Siti”dən “Barselona”ya keçdikdən sonra üzləşdiyi depressiyanın öhdəsindən gəlməyə kömək edib.

“Bir müddət əvvəl insanlar bu mövzular haqqında danışmaqdan qorxurdular, özlərini narahat hiss edirdilər. Mən düşünürəm ki, insan öz hissləri barədə danışmalıdır. Bu, təkcə idmana deyil, həyata da aiddir. İnsan fiziki cəhətdən olduğu kimi, mənəvi cəhətdən də güclü olmalıdır”, - deyə Torres əlavə edib.

İdman.Biz
Məqalədə: