Nagelsmanna Almaniya millisindən getmək təklif olunub

2 İyul 2026 19:46
75
Nagelsmanna Almaniya millisindən getmək təklif olunub

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann Almaniya Futbol Assosiasiyasının (DFB) üzvləri ilə üç saatlıq görüş keçirib.

İdman.Biz bu barədə Bild-ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, alman məşqçiyə könüllü istefa təklif edilib. DFB Nagelsmanna 7 milyon avro cərimə ödəməyə hazırdır. Onun milli komandadan ayrılma ehtimalının yüksək olduğu vurğulanır.

38 yaşlı məşqçi 2023-cü ildən bəri Almaniya millisinə rəhbərlik edir. Nagelsmannın DFB ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Almaniya millisi 2026-cı il dünya çempionatını 1/16 finalda tərk edib.

İdman.Biz