Anderson futbol tarixinin ən bahalı ingilis oyunçusu oldu

2 İyul 2026 21:02
69
Anderson futbol tarixinin ən bahalı ingilis oyunçusu oldu

İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Andersonun “Nottingem Forest”dən “Mançester Siti”yə keçidi ingilis oyunçuları üçün tarixdə ən bahalı transfer olub.

İdman.Biz bu barədə "Daily Mail”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, müqavilənin dəyəri 135 milyon avrodur. Əvvəlki rekord “Borussiya Dortmund”dan “Real Madrid”ə 130 milyon avroya keçən yarımmüdafiəçi Cud Bellinqemə məxsus idi.

Anderson həmçinin futbol tarixinin ən bahalı transferlərinin ilk beşliyinə daxil olub. Siyahıya hücumçu Neymarın “Barselona”dan PSJ-yə transferi (222 milyon avro) başçılıq edir.

Elliot Anderson “Nyukasl Yunayted” akademiyasının yetirməsidir. O, ötən mövsüm Premyer Liqada 38 oyun keçirib, dörd qol vurub və dörd məhsuldar ötürmə edib.

İdman.Biz