UEFA prezidenti Aleksandr Çeferin 2029-cu il FIFA Klublararası Dünya çempionatını boykot etmək ehtimalını Avropa Klublar Assosiasiyasının prezidenti Nasser Əl-Xelayfi ilə müzakirə etmək niyyətindədir.
İdman.Biz-in talkSPORT-a istinadən verdiyi məlumata görə, iki tərəf 12 avqustda UEFA Super Kuboku matçı zamanı şəxsən görüşəcək.
Mənbənin məlumatına görə, Çeferin PSJ prezidentini Canni İnfantino FIFA prezidenti olaraq qaldığı müddətcə Avropa klublarının turnirdən çıxmasını dəstəkləməyə inandırmağa ümid edir.
Bundan əlavə, UEFA prezidenti İnfantinonun istefasını tələb etmək kampaniyasını davam etdirir. Bildirilir ki, Çeferin milli futbol assosiasiyalarını FIFA prezidentinə dəstək məktublarını geri götürməyə çağırır.
