“Fulhem”in Qarsiya üçün “Real”a ödədiyi məbləğ açıqlanıb

4 Avqust 2026 06:13
89
“Fulhem”in Qarsiya üçün “Real”a ödədiyi məbləğ açıqlanıb

“Fulhem” hücumçu Qonsalo Qarsiyanın transferi üçün “Real Madrid”ə 40 milyon avro ödəyəcək.

İdman.Biz bu barədə jurnalist Fabrizio Romanoya istinadən bildirir.

“Los Blancos” həmçinin 2 milyon avro bonus və oyunçunun gələcək satış qiymətinin 30%-ni alacaq.

“Fulhem” daha əvvəl hücumçunun transferini rəsmi saytında açıqlamışdı.

Qonsalo Qarsya “Real Madrid” akademiyasının yetirməsidir. 2025/2026 mövsümündə hücumçu Madrid klubunun böyüklər komandasında bütün yarışlarda 39 oyun keçirib, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib. Qonsalo Qarsya əvvəllər “Real Madrid Kastilya” gənclər komandasında oynayıb və 2024/2025 mövsümündə 73 oyunda 30 qol vurub.

İdman.Biz