“Arsenal” “Barselona”da Alvaresə alternativ tapıb

29 İyul 2026 18:42
103
“Arsenal” “Barselona”da Alvaresə alternativ tapıb

Londonun “Arsenal” klubu “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresi transfer edə bilmədikdən sonra hücum xəttini gücləndirmək üçün variantlar axtarır.

İdman.Biz bildirir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta “Barselona”nın hücumçusu Ferran Torresi alternativ kimi müəyyən edib. “The Touchline”ın məlumata görə, potensial transfer transfer bazarından asılı olacaq.

Lakin “Arsenal” digər klubların rəqabəti ilə üzləşib. “Atletiko Madrid” və PSJ də Ferran Torreslə maraqlanır. Bu arada, “Barselona” oyunçunu saxlamağı və sentyabr ayında ona yeni müqavilə təklif etməyi planlaşdırır. PSJ nümayəndələri əvvəllər mümkün transferlə bağlı Kataloniya klubu ilə əlaqə saxlasalar da, hələlik rəsmi təklif verilməyib.

Ferran Torres 2025/26 mövsümündə La Liqada 16 qol vurub. Transfermarkt 26 yaşlı ispaniyalı oyunçunu 55 milyon avro dəyərində qiymətləndirir.

İdman.Biz