İngiltərənin “Brentford” futbol komandasının yarımmüdafiəçisi Cordan Henderson “Çelsi”yə keçməyə yaxındır.
İdman.Biz “The Times”a istinadən xəbər verir ki, “Brentford” 36 yaşlı futbolçunun müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etməyə razılaşıb. Bununla Hendersonun “Çelsi”yə azad agent kimi keçidinin qarşısındakı əsas maneə aradan qalxıb.
İngiltərə millisinin yarımmüdafiəçisi London komandası ilə danışıqların son mərhələsindədir. Hendersonun “Çelsi”nin layihəsinə razılıq verdiyi bildirilir.
Təcrübəli futbolçunun “Brentford”la müqaviləsinin müddətinin bitməsinə bir il qalırdı. Henderson 2025-ci ildə “Ayaks”dan ayrıldıqdan sonra İngiltərə komandasına keçib.
