UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Payde” (Estoniya) oyununun biletləri sabah satışa çıxarılacaq.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Saat 12:00-dan etibarən Sumqayıt şəhər stadionunun kassasında satışda olacaq biletlərin qiymətləri sektorlara əsasən müvafiq olaraq 5 və 10 manat təşkil edir.
Qeyd edək ki, “Zirə” - “Payde” görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Tərəflər arasında ötən həftə baş tutan ilk görüşdə rəqib 1:0 hesabı ilə qalib gəlib.
