“Milan” gənc fransalı müdafiəçini transfer etdi

29 İyul 2026 18:13
88
“Milan” gənc fransalı müdafiəçini transfer etdi

İtaliyanın “Milan” futbol klubu fransalı müdafiəçi Sankun Diavaranın transfer etdiyini açıqlayıb.

İdman.Biz klubun yaydığı məlumata istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Fransanın “Trua” klubundan transfer olunub və onunla 30 iyun 2031-ci ilədək müqavilə imzalanıb. Sazişdə müqavilənin müddətinin uzadılması ilə bağlı bənd də yer alıb.

Diavara son altı ili “Trua”nun sistemində keçirib və əsas komandada debütünü 2024-cü ilin noyabrında Fransa Kuboku oyununda edib. O, 2025/26 mövsümündə bütün turnirlərdə 17 matçda meydana çıxaraq komandasının Liqa 2-nin qalibi olmasına kömək edib.

Uğurlu çıxışı sayəsində Diavara Fransa futbolunun ən perspektivli gənc müdafiəçilərindən biri hesab olunur. O, “Milan”da 13 nömrəli formanı geyinəcək. “Transfermarkt”ın məlumatına görə, transferin dəyəri 2 milyon avro təşkil edib.

İdman.Biz
Məqalədə: