Hücumçu Con Duran "Əl-Nəsr"dən icarə əsasında "Benfika"ya keçib.
İdman.Biz bildirir ki, Portuqaliya klubu 22 yaşlı kolumbiyalı futbolçunu 2026/27 mövsümünün sonuna qədər 30 milyon avroya almaq hüququ ilə icarəyə verib.
"Con Durana karyerasının bu yeni fəslində uğurlar arzulayırıq", - "Əl-Nəsr"in mətbuat xidməti sosial media səhifəsində bildirib.
Hücumçu 2025/26 mövsümünün ikinci yarısını "Zenit"də keçirib. Duran "göy-ağ-mavilər"in heyətində Rusiya Premyer Liqasında altı oyun keçirib və bir qol vurub. Transfermarkt-ın məlumatına görə, onun transfer dəyəri 15 milyon avrodur.
Hücumçu əvvəllər "Aston Villa" və "Fənərbağça"da da oynayıb.
