“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers “Çelsi” ilə müqavilə imzalayıb.
İdman.Biz bu barədə jurnalist və insayder Fabrizio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, oyunçu artıq London klubu ilə altı illik müqavilə imzalayıb. Müqavilədə həmçinin daha bir mövsüm üçün seçim də var. “Göylər” “Villa”ya bonuslar xaric sabit ödəniş kimi 117 milyon funt sterlinq (137 milyon avro) ödəyəcək.
Ötən mövsüm Rocers “Aston Villa”nın heyətində bütün yarışlarda 55 oyunda iştirak edib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.
