“Barselona” heyətindəki dünya çempionlarının sayına görə dördüncü yerə yüksəlib

20 İyul 2026 20:17
482
“Barselona” heyətindəki dünya çempionlarının sayına görə dördüncü yerə yüksəlib

“Barselona” 2026-cı il dünya çempionatının finalında İspaniyanın Argentinanı 1:0 hesabı ilə məğlub etməsindən sonra bütün zamanların ən çox dünya çempionu oyunçusuna sahib klublarının reytinqində dördüncü yerə yüksəlib.

İdman.Biz bildirir ki, 2026-cı ildə dünya çempionu olan səkkiz “Barselona” oyunçusu var: qapıçı Joan Qarsía, müdafiəçilər Erik Qarsía və Pau Kubarsi, yarımmüdafiəçilər Pedri, Qavi və Daniel Olmo, hücumçular Lamin Yamal və Ferran Torres. “Barselona”dan cəmi 20 oyunçu Dünya Kubokunu başı üzərinə qaldırıb.

Tarixdə dünya çempionu olanların sayına görə ilk 10 klub:

1. Yuventus - 28 oyunçu.
2. Bavariya - 23.
3. İnter - 22.
4. Barselona - 20 (+8).
5. Roma - 18.
6. Penyarol - 15.
7. Santos - 15.
8. Real Madrid - 13.
9. Nasyonal - 12.
10. San Paulo - 12.

İdman.Biz