“Fiorentina” Kot-d’İvuar millisinin yarımmüdafiəçisini transfer edib

21 İyul 2026 05:12
402
“Fiorentina” Kot-d’İvuar millisinin yarımmüdafiəçisini transfer edib

İtaliyanın "Fiorentina" klubu Kot-d’İvuarın yarımmüdafiəçisi Krist İnao Ulai ilə müqavilə imzalayıb.

İdman.Biz bildirir ki, bu barədə Florensiya klubunun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi İtaliya komandasına Türkiyənin "Trabzonspor" klubundan qoşulub.

"Bu əfsanəvi İtaliya klubuna qoşulduğum üçün çox xoşbəxtəm. "Fiorentina"da oynamaqdan çox qürur duyuram. Belə bir yüksək səviyyəli kluba qoşulmaq mənim oyunçu kimi böyüməyə davam etdiyimi sübut edir. Bu, illər ərzində çəkdiyim bütün zəhmətin mükafatıdır", - deyə Oulai "Fiorentina"nın rəsmi saytına bildirib.

Mediada yayılan məlumatlara görə, "Fiorentina" Ulainin transferi üçün 26 milyon avro ödəyib. Afrikalı yarımmüdafiəçi bir il əvvəl Fransanın "Bastiya" klubundan "Trabzonspor"a keçib və orada 9,6 milyon avroya transfer olunub.

İdman.Biz