Zidan Fransa millisinin baş məşqçisi təyin olunub – uzunmüddətli müqavilə imzalayıb

21 İyul 2026 12:42
218
Zidan Fransa millisinin baş məşqçisi təyin olunub – uzunmüddətli müqavilə imzalayıb

“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan Fransa millisinin yeni çalışdırıcısı olub.

İdman.Biz xəbər verir ki, jurnalist Fabritsio Romanonun məlumatına görə, 53 yaşlı mütəxəssis artıq Fransa Futbol Federasiyası ilə uzunmüddətli müqavilə imzalayıb.

Tərəflər arasında şifahi razılaşma hələ noyabr ayında əldə olunub və sonradan klublardan gələn təkliflərə baxmayaraq, bu qərar heç vaxt şübhə altına düşməyib.
Zidan Fransa millisində Didye Deşamı əvəz edəcək.

Qeyd edək ki, “xoruzlar” DÇ-2026-da dördüncü yeri tutub. Fransa millisinin Zidan rəhbərliyi altında ilk oyunu sentyabrın 25-də Türkiyəyə qarşı keçiriləcək. Komandalar Millətlər Liqası çərçivəsində üz-üzə gələcək.

İdman.Biz