Bolqarıstan millisinin futbolçusu: “MOİK-in “Qarabağ” kimi rəqiblərə qarşı oynamağa ehtiyacı var”

21 İyul 2026 12:33
222
Bolqarıstan millisinin futbolçusu: “MOİK-in “Qarabağ” kimi rəqiblərə qarşı oynamağa ehtiyacı var”

“Qarabağ” çox böyük və güclü komandadır”.

Bu sözləri Bolqarıstan millisinin futbolçusu Dravko Dimitrov MOİK-in (Sofiya, Bolqarıstan) UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlarla bağlı danışarkən deyib.

O, görüşü izləməyin maraqlı olacağını bildirib. “Amma ümid edirəm ki, MOİK “Qarabağ”ı mübarizədən kənarlaşdıracaq. Çünki Bolqarıstan futbolunun belə oyunlara və bu cür rəqiblərə ehtiyacı var. Hazırda deyə bilərəm ki, təmsilçimiz yaxşı vəziyyətdədir. Ümid edirəm ki, “Qarabağ”a qarşı keçiriləcək bu iki oyunda nəyəsə nail ola biləcək”, - deyə D.Dimitrov AZƏRTAC-a açıqlamasında bildirib.

27 yaşlı futbolçu “Qarabağ”ın çox güclü komanda olduğunu vurğulayıb:

“Onlar son 10 ildə Avropada öz sözünü deyən klub olduğunu göstərib. Düşünürəm ki, ildən-ilə daha da güclənirlər”.

Dravko Dimitrov Bolqarıstan millisinin heyətinə 11 oyunda meydana çıxıb. O, hazırda Türkiyə I Liqa təmsilçisi “Mardin 1969”da çıxış edir.

Qeyd edək ki, “Qarabağ”la MOİK arasında oyunlar iyulun 23-ü və 30-da keçiriləcək.

İdman.Biz