“Fənərbağça” heyətini İngiltərə millisinin hücumçusu ilə gücləndirmək istəyir

20 İyul 2026 18:30
358
“Fənərbağça” heyətini İngiltərə millisinin hücumçusu ilə gücləndirmək istəyir

“Fənərbağça” “Aston Villa” və İngiltərə millisinin hücumçusu Olli Uotkinslə maraqlanır.

İdman.Biz “Sky Sports”a istinadən bunu bildirir.

Klublar hələlik mümkün transferlə bağlı bir-biri ilə əlaqə saxlamayıblar. İngiltərə Premyer Liqası komandaları da oyunçu ilə maraqlanır.

Ötən mövsüm 55 matçda Olli Uotkins 21 qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 25 milyon avrodur. Hücumçu 2020-ci ildən “Villa”da çıxış edir. O, komanda ilə UEFA Avropa Liqasını qazanıb və İngiltərə ilə DÇ-2026-da bürünc medal qazanıb.

İdman.Biz