“Tottenhem” Berqvall üçün “Nyukasl”ın təklifini rədd edib

19 İyul 2026 06:10
297
“Tottenhem” Berqvall üçün “Nyukasl”ın təklifini rədd edib

"Tottenhem Hotspur" "Nyukasl Yunayted"in yarımmüdafiəçi Lukas Berqvall üçün təklifini rədd edib.

İdman.Biz bu barədə jurnalist və insayder David Ornşteynə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, "sağsağanlar" oyunçu üçün 46 milyon funt sterlinq (54 milyon avro) ödəməyə hazır idilər.

Qeyd olunur ki, "Tottenhem" artıq yarımmüdafiəçi üçün bir neçə təklifi rədd edib, lakin əhəmiyyətli məbləğ təklif olunarsa, danışıqlara açıqdır.

Berqvall "Tottenhem"ə 2024-cü ildə "Yurqorden"dən keçib. O, ötən mövsüm İngiltərə komandasında 33 oyunda iştirak edib, bir qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, yarımmüdafiəçinin hazırkı bazar dəyəri 35 milyon avrodur.

İdman.Biz