DÇ-2026-da “Qızıl buts” reytinqinə Mbappe başçılıq edir

19 İyul 2026 10:13
325
DÇ-2026-da “Qızıl buts” reytinqinə Mbappe başçılıq edir

DÇ-2026-nın “Qızıl buts” mükafatı uğrunda mübarizəsində Fransa millisinin hücumçusu Kilian Mbappe liderliyini qoruyur.

İdman.Biz xəbər verir ki, Mbappe 769 dəqiqə ərzində 10 qol vurub və dörd məhsuldar ötürmə edib.

Argentina millisinin hücumçusu Lionel Messi səkkiz qol və dörd məhsuldar ötürmə ilə ikinci pillədədir. İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem və Norveç millisinin hücumçusu Erlinq Holand hərəyə yeddi qolla növbəti yerləri tuturlar.

“Qızıl buts” reytinqində ilk 10-luq belədir:

1. Kilian Mbappe - 10 qol, 4 məhsuldar ötürmə
2. Lionel Messi - 8 qol, 4 məhsuldar ötürmə
3. Cud Bellingem - 7 qol, 1 məhsuldar ötürmə
4. Erlinq Holand - 7 qol
5. Usman Dembele - 6 qol, 2 məhsuldar ötürmə
6. Harri Keyn - 6 qol, 1 məhsuldar ötürmə
7. Mikel Oyarzabal - 5 qol, 1 məhsuldar ötürmə
8. İsmaila Sarr - 4 qol, 1 məhsuldar ötürmə
9. Xulian Kinyones - 4 qol, 1 məhsuldar ötürmə
10. Vinisius - 4 qol, 1 məhsuldar ötürmə

İdman.Biz