İspaniyanın “Atletiko Madrid” futbol komandasının hücumçusu Culiano Simeone DÇ-2026-nın yarımfinalında İngiltərəyə 2:1 hesabı ilə qalib gəldikləri oyunun formasını atasına hədiyyə edib.
İdman.Biz xəbər verir ki, bu forma Dieqo Simeone üçün xüsusi məna daşıyır. Argentinalı mütəxəssis futbolçu karyerası ərzində dünya çempionatının yarımfinalında iştirak etməyib.
İngiltərə ilə qarşılaşma Culiano Simeonenin də dünya çempionatlarının pley-off mərhələsində keçirdiyi ilk oyun olub.

