"Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger hücumçu Kilian Mbappeni transfer etmək üçün şəxsən cəhd etdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, fransız məşqçi xüsusi olaraq Monakoya uçduğunu və oyunçunun ailəsi ilə evində görüşdüyünü etiraf edib.
"Kilian Mbappeni "Arsenal"a keçməyə razı salmağa çalışdım. Təyyarə bileti aldım və Monakoya uçdum. Elə həmin axşam valideynləri ilə birlikdə onun evində idim. Onlar “Monako”nun ona şans verəcəyini anlayana qədər köçməyə hazır idilər", - deyə BBC Vengerdən sitat gətirir.
Mbappe 2015-ci ildə 16 yaşında “Monako”nun böyüklər komandasında debüt edib. Daha sonra o, 180 milyon avroya “Pari Sen-Jermen”ə keçib və o dövrdə tarixin ikinci ən bahalı futbolçusu olub.
