PSJ-nin qapıçısı Lukas Şevalye 2026/2027 mövsümündə Paris klubunda qalacaq.
İdman.Biz bildirir ki, bu barədə Canal+ jurnalisti Olivye Tallaron sosial media səhifəsində məlumat verib.
Fransalı qapıçı bu məsələ ilə bağlı PSJ-nin baş məşqçisi Luis Enrike ilə bir neçə dəfə ətraflı müzakirələr aparıb və məşqçinin dəstəyini alıb. O, bundan sonra kluba və özünə gələn mövsüm klubun bir nömrəli qapıçısı olmaq şansı vermək qərarına gəlib.
Şevalyenin klubla hazırkı müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. Ötən mövsüm o, PSJ-də 26 oyun keçirib, 28 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.
