İngiltərənin "Fulhem" futbol klubu rəsmi saytında Alvaro Arbeloanın baş məşqçi təyin olunduğunu elan edib.
İdman.Biz bildirir ki, Arbeloa ötən mövsümün sonunda “Real Madrid”dən ayrılıb.
"Klub Alvaro Arbeloanın "Fulhem"in yeni baş məşqçisi təyin olunmasını məmnuniyyətlə elan edir. 43 yaşlı mütəxəssis 2029-cu ilin yayına qədər üç illik müqavilə imzalayıb.
Kuboklarla dolu oyunçu karyerasından sonra Arbeloanın məşqçilik karyerası onu dünyanın ən böyük klubuna gətirib çıxardı. Əvvəlcə "Real Madrid"in gənclər komandasında, sonra isə ötən mövsüm böyüklər komandasında çalışdıdı", - "Fulhem"in açıqlamasında bildirilir.
"Fulhem" 2025/26 mövsümünü 38 oyundan 54 xalla 11-ci yerdə başa vurub.
