“Sevilya” “Mançester Yunayted”in futbolçusunu icarəyə götürüb

Xəbərlər
16 Yanvar 2024 10:37
369
“Sevilya” “Mançester Yunayted”in futbolçusunu icarəyə götürüb

“Mançester Yunayted”in futbolçusu Qannibal Mejrbi karyerasını İspaniyada davam etdirəcək.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi “Sevilya”ya icarəyə verilib.

O, mövsümün sonuna qədər La Liqa təmsilçisində forma geyinəcək. Mejrbi cari mövsümdə 10 matç keçirib. Onun hesabında 1 qol var.

Qeyd edək ki, “Sevilya” 20 turdan sonra La Liqanın turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

İdman.biz