“Bavariya”nın idman direktoru Kristof Froynd yarımmüdafiəçi İsmael Saybarinin PSV-dən transferi ilə bağlı şərh verib.
İdman.Biz xəbər verir ki, Almaniya klubu Mərakeş millisinin oyunçusunun transferini çərşənbə, 1 iyulda açıqlayıb.
“İsmael Saybari PSV ilə ardıcıl üç Erediviziya titulunu qazanıb, Çempionlar Liqası təcrübəsinə malikdir və indi dünya çempionatında komanda üçün ən yüksək səviyyədə nə qədər dəyərli ola biləcəyini nümayiş etdirir.
O, oyununda çox yönlü, enerjili və cəsarətlidir; “Bavariya”da görmək istədiyimiz qələbəyə olan aclığı var və onun performansı və davranışı komandanı ruhlandıracaq. Azarkeşlər stadiona onun kimi oyunçular üçün gəlirlər”, Freundun “Bavariya”nın rəsmi saytında deyib.
