İspaniyalı aktyorlar Xavyer Bardem və Penelope Kruz, eləcə də məşhur müğənni Rosalia milli komandalarının dünya çempionatının 1/16 finalında Avstriya ilə oyununu izləyiblər.
İdman.Biz bildirir ki, oyun 3:0 hesabı ilə İspaniyanın xeyrinə qurtarıb.
Bardem “Burada qocalara yer yoxdur” filmindəki rolu ilə tanınır və filmə görə “Ən yaxşı ikinci dərəcəli kişi rolu” nominasiyasında Oskar mükafatı qazanıb. İspaniyalı aktyor həmçinin “Karib dənizinin quldurları” və “Dyuna” filmlərində də rol alıb.
Kruz həmçinin Bardem ilə eyni “Karib dənizinin quldurları” filmində də rol alıb. O, “Viki Kristina Barselona” filmindəki roluna görə “Ən yaxşı ikinci dərəcəli qadın rolu” nominasiyasında Oskar mükafatını qazanıb.

1/8 finalda İspaniya Portuqaliya-Xorvatiya matçının qalibi ilə qarşılaşacaq. Komandalar arasında 1/8 final matçı 6 iyulda keçiriləcək.
