Portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldunun bacısı Katya Aveyro futbolçunun 2026-cı il dünya çempionatından sonra milli komandadan ayrılacağını açıqlayıb.
İdman.Biz bildirir ki, Portuqaliya dünya çempionatının 1/16 finalında Xorvatiya ilə qarşılaşır. Ronaldu həmin matç üçün start heyətində yer alıb.
"Bildiyim qədəri ilə vidalaşmaq barədə danışa bilərik. Bu gün yox, amma düşünürəm ki, bu, həqiqətən də onun son turniridir. Söhbət milli komandadan gedir. Etibarlı mənbəyə görə, bu dünya çempionatı onun "son rəqsi" olacaq", - deyə Aveyro Sport TV-nin verdiyi məlumata görə bildirib.
