İspaniya - Avstriya oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, 3:0 hesabı ilə qalib gələn İspaniya 1/8 finala yüksəlir. 1/8 finalda ispanların rəqibi Portuqaliya - Xorvatiya matçının qalibi olacaq.
00:51
İspaniya - Avstriya oyununda üçüncü qol vurulub.
İdman.Biz xəbər verir ki, 89-cu dəqiqədə Mikel Oyarsabal dubl edib - 3:0. Bu, Oyarsabalın mundialda dördüncü qoludur.
00:29
İspaniya - Avstriya oyununda ikinci qol vurulub.
İdman.Biz bildirir ki, 66-cı dəqiqədə Pedro Porro fərqlənib - 2:0.
00:07
İspaniya - Avstriya oyununda ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki, birinci hissədən sonra ispanlar irəlidədirlər - 1:0.
23:50
İspaniya - Avstriya oyununda ilk yarı bitib.
İdman.Biz bildirir ki, birinci yarıdan sonra ispanlar 1:0 irəlidədirlər.
23:38
İspaniya - Avstriya oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 37-ci dəqiqədə Mikel Oyarsabal ispanları irəli çıxarıb.
23:00
Los-ancelesdə İspaniya və Avstriya arasında dünya çempionatının 1/16 final mərhələsinin oyunu başlayıb.
İdman.Biz-in məlumatına görə, matç "SoFi Stadium"da (Dünya çempionatı zamanı Los-Anceles Stadionu kimi tanınır) keçirilir.
Matçı FIFA referisi Qlenn Nyuberqin rəhbərlik etdiyi İsveç hakimlər briqadası idarə edir.
İspaniya H qrupunda 7 xalla birinci olub. Avstriya isə J qrupunda 4 xalla ikinci yeri tutub.
